» » » Kişi təmsilçimizin fiqurlu konkisürmə üzrə dünya çempionatında möhtəşəm çıxışı - VİDEO, FOTOLAR

Kişi təmsilçimizin fiqurlu konkisürmə üzrə dünya çempionatında möhtəşəm çıxışı - VİDEO, FOTOLAR

Kişi təmsilçimizin fiqurlu konkisürmə üzrə dünya çempionatında möhtəşəm çıxışı - VİDEO, FOTOLARYaponiyanın Saitama şəhərində davam edən fiqurlu konkisürmə üzrə dünya çempionatında daha bir idmançımız uğurlu çıxış edib.
 
Premyer.az xəbər verir ki, kişilərin yarışında ölkəmizi təmsil edən Vladimir Litvintsev qısa proqramda 81,46 xal toplayaraq, 35 idmançı arasında 16-cı yeri tutaraq, finala vəsiqə verən 24 idmançı sırasına düşməyi bacarıb.
 
Dünya çempionatında debüt edən 18 yaşlı gənc təmsilçimiz üçün bu nəticəni böyük uğur saymaq olar. Qeyd edək ki, Litvintsevin qısa proqramdakı möhtəşəm çıxışı, stadiona toplaşmış 20 min yapon fiqurlu konkisürmə sevərlərin ayaq üstə gürultulu alqışlarına səbəb olub! (Red: videonu izlə)
 
Rauf İskəndərov / Premyer.az
 

Kişi təmsilçimizin fiqurlu konkisürmə üzrə dünya çempionatında möhtəşəm çıxışı - VİDEO, FOTOLAR
Kişi təmsilçimizin fiqurlu konkisürmə üzrə dünya çempionatında möhtəşəm çıxışı - VİDEO, FOTOLAR
230     
Reklam

Reklam