» » » Dünya çempionatındakı uğurlu debütdan sonra təmsilçimiz göz yaşlarını saxlaya bilmədi - VİDEO, FOTOLAR

Dünya çempionatındakı uğurlu debütdan sonra təmsilçimiz göz yaşlarını saxlaya bilmədi - VİDEO, FOTOLAR

Dünya çempionatındakı uğurlu debütdan sonra təmsilçimiz göz yaşlarını saxlaya bilmədi - VİDEO, FOTOLARYaponiyanın Saitama şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir. Premyer.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda iki idmançı ilə təmsil olunur. Qadınların yarışında 15 yaşlı Yekaterina Ryabova, kişilərdə isə 18 yaşlı Vladimir Litvintsev dünya çempionatında debüt edib.
 
İlk dəfə dünya birinciliyinə qatılmasına baxmayaraq, gənc təmsilçimiz qadınların yarışında qısa proqramda 40 idmançı arasında 17-ci yer tutaraq, finala vəsiqə verən ilk 24-lüyə düşməyi bacarıb. Sərbəst proqramda daha da uğurlu çıxış edərək, 179,88 xal toplayan Yekaterina, ümumi nəticədə yüksək, 13-cü yeri tutmağı bacarıb.
 
Qeyd edək ki, dünya çempionatında debüt edən 15 yaşlı bir idmançı üçün bu çox uğurlu nəticədir. Nəticələr açıqlandığı zaman göz yaşlarını saxlaya bilməyən Yekaterina, qonaqpərvər yapon azarkeşləri tərəfindən ayaqda alqışlanıb. Eurosport1 kanalının şərhçiləri Azərbaycan təmsilçisinin çıxışını möhtəşəm adlandırıb. (Red: videonu izlə)
 
Onu da bildirək ki, Yekaterinanın məşqçiləri - ikiqat Olimpiya çempionu Yevgeniy Plyuşenko və tanınmış mütəxəssis Aleksandr Volkovdur. 
 
Rauf İskəndərov / Premyer.az

207     
Reklam

Reklam