» » » 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri start götürdü

10-cu "Baku Open" Beynəlxalq Karate Turniri start götürdü

10-cu "Baku Open" Beynəlxalq Karate Turniri start götürdü14-17 mart tarixlərində Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri keçirilir. Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş yarış, həmçinin 2020-ci il Bakıda böyüklərin 55-ci Avropa çempionatının təşkili üçün sınaq xüsusiyyəti daşıyır. 
Uşaqlar, Yeniyetmələr, Gənclər, Böyüklər və Veteranlar arasında yubiley turnirində 14 ölkədən 1078 karateçi iştirak edir. Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaq. 16 martda 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-11 yaşadək uşaqlar döyüşəcəklər. 
Yubiley turnirinin təntənəli açılış mərasimi 15 martda saat 17:00-da başlanacaq. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF-in Hakimlər komitəsinin üzvü və EKF-in Hakimlər komitəsinin sədri Alois Viesboek-in (Avstriya) rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.
41     
Reklam

Reklam