» » » Karateçilərimizin Avstriya uğuru - FOTOLAR

Karateçilərimizin Avstriya uğuru - FOTOLAR

Karateçilərimizin Avstriya uğuru - FOTOLARƏsas milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar. 
A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub. Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyünü əldən verib.
1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.
Milli komandamızı martın son günləri İspaniyada Avopa çempionatı gözləyir. 

Karateçilərimizin Avstriya uğuru - FOTOLAR
Karateçilərimizin Avstriya uğuru - FOTOLAR
261     
Reklam

Reklam