» » » EKSKLÜZİV! Xəstəxanalıq olan tanınmış güləşçimizdən AÇIQLAMA (FOTOLAR)

EKSKLÜZİV! Xəstəxanalıq olan tanınmış güləşçimizdən AÇIQLAMA (FOTOLAR)

EKSKLÜZİV! Xəstəxanalıq olan tanınmış güləşçimizdən AÇIQLAMA (FOTOLAR)Azərbaycanın tanınmış yunan-roma güləşçisi Həsən Əliyev xəstəxanaya yerləşdirilib. Premyer.az xəbər verir ki, boynundakı disk yırtığından (qrıja) uzun müddətdir ki əziyyət çəkən məhşur pəhləvanımız, bu səbəbdən məşqlərdən də uzaq qalıb. 
 
Güləşçi Premyer.az saytına verdiyi eksklüziv açıqlamasında bildirib ki, bərpa müddəti uzun sürəcəyindən, hal-hazırda boyun fəqərəsinin əməliyyat olunması mümkün deyil. Həkimlər idmançımızı cərrahi müdaxilə olmadan, fizioterapiya və dərman preparatları vasitəsilə müalicəsini davam etdirir və qısa müddət ərzində Həsən Əliyevin yenidən məşqlərini bərpa edəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Həsən Əliyev dəfələrlə dünya və Avropa çempionatlarının və beynəlxalq yarışların qalibi və mükafatçısıdır. 29 iyun 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.
 
Rauf İskəndərov / Premyer.az
EKSKLÜZİV! Xəstəxanalıq olan tanınmış güləşçimizdən AÇIQLAMA (FOTOLAR)
1173     
Reklam

Reklam