» » » "Sumqayıt"ın legionerindən təqdirəlayiq bir addım - FOTO, VİDEO

"Sumqayıt"ın legionerindən təqdirəlayiq bir addım - FOTO, VİDEO

Daha öncə də xəbər verdiyimiz kimi, 2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt” FK "Maşınsazi” (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə 1.5 illik müqavilə imzalayıb.
 
24 yaşlı gənc futbolçu dünən təqdirəlayiq bir addım atıb. Belə ki, Peyman Şəhidlər Xiyabanını ziyarət edərək, məzarların üzərinə qərənfillər düzüb. Futbolçunun bu addımı, nəinki legioner, yerli futbolçularımız üçün də bir örnək ola bilər.  

Qeyd edək ki, "Traktorsazi” klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları "Gostaresh Foolad” (26 oyun, 7 qol) və "Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.
 
[video=]
63     
Reklam

Reklam