» » » Fiqurlu konkisürmə üzrə Avropa çempionatında 15 yaşlı idmançımız furor yaratdı! FOTO, VİDEO

Fiqurlu konkisürmə üzrə Avropa çempionatında 15 yaşlı idmançımız furor yaratdı! FOTO, VİDEO

Fiqurlu konkisürmə üzrə Avropa çempionatında 15 yaşlı idmançımız furor yaratdı! FOTO, VİDEOBu gün Belarusun paytaxtı Minsk şəhərində start götürən fiqurlu konkisürmə üzrə Avropa Çempionatında Azərbaycan təmsilçisi Yekaterina Ryabova furor yaradıb! Premyer.az xəbər verir ki, qitə yarışlarında debüt edən 15 yaşlı idmançımız qısa proqramda 59,95 bal toplayaraq, 36 iştirakçı arasında 7-ci yer tutub və sərbəst proqrama vəsiqə verən ilk 24-lüyə düşməklə yanaşı, ilk cəhddən ən yüksək yerlər uğrunda mübarizə apara biləcək gücdə olduğunu sübut edib.
 
Artıq bəzi mütəxəssislər idmançımızı qitə birinciliyinin "açılışı" adlandıraraq, onu Avropanın top fiquristlər siyahısına da əlavə ediblər. Yekaterinanın məşqçiləri isə - ikiqat Olimpiya çempionu Yevgeniy Plyuşenko və tanınmış mütəxəssis Aleksandr Volkovdur. Qeyd edək ki, sərbəst proqram yanvarın 26-da keçiriləcək.
 
Azərbaycan isə Avropa Çempionatında daha bir idmançı ilə təmsil olunur. Bu - kişilərin yarışında mübarizə aparacaq Vladimir Litvintsevdir. 18 yaşlı təmsilçimiz, Yekaterina kimi qitə birinciliyində ilk dəfə çıxış edəcək.  
 
İdman cütləri və buz üstdə rəqslərdə isə bu dəfə ölkəmiz təmsil olunmayacaq.
 
Rauf İskəndərov / Premyer.az


Fiqurlu konkisürmə üzrə Avropa çempionatında 15 yaşlı idmançımız furor yaratdı! FOTO, VİDEO
102     
Reklam

Reklam