» » » "Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR

"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR

"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLARPremyer.az  saytının "Onları Tanıyaq” rubrikasının  bu  dəfə  çox  maraqlı  bir  qonağı  var.  Müsahibimiz, Ukraynada yaşayan gənc və istedadlı həmyerlimiz, yazıçı və idmançı – Nail İsmayılovdur.

-           Nail, Ukraynada səni yetərincə tanısalar da, Azərbaycanda bəykə də bir çoxları sənin haqqında ilk dəfə eşidəcək. Ona görə də ilk öncə özün haqqında qısa məlumat verərdin. Nə vaxt və harada anadan olmusan, təhsilini  harada almısan?
- Əvvəlcə, məni öz rubrikanıza qonaq etdiyiniz üçün, sizə təşəkkür etmək istəyirəm. Sizin dəstəyiniz və marağınız mənim üçün önəmlidir.  Mən 1989-cu ildə  Ukraynanın Dnepropetrovsk (indiki Dnepr) şəhərində anadan olmuşam. Bu şəhərdə 2001-ci ilə qədər məktəbə getmişəm və sonra valideyinlərimlə birlikdə Azərbaycanın Sumqayıt şəhərinə köçmüşük. İnstitutu Bakıda oxumağı qərar verdikdən sonra, 2006-cı ildə  ADİU-nun İqtisadiyyatın Dövlət tənzimlənməsi fakultəsinə daxil oldum. 2010-cu ildə   universiteti bitirdikdən sonra, Xocəvəndin Qarabağlar kəndidəki N saylı hərbi hissədə hərbi xidmətimi keçdim. 2011-ci ildə  Ukraynaya qayıtdım və burda uzun müddət  PrivatBankın baş ofisində maliyyə monitorinqi və mübadilə nəzarəti şöbələrində işlədim. Valideyinlerimin dəstəyi ilə mən musiqi məktəbində vokal üzrə oxumuşam və ədəbiyyat məktəbində ədəbiyyatın dərinliklərini öyrənmişəm.

-           Yaradıcılıq fəaliyyətin haqqında suallara keçmədən öncə, istərdim idmançı karyeran haqqında danışasan. Hansı idman növləri ilə məşğul olmusan və olursan, idmanda hansı nailiyyətlərin var?
-  Mənim iqisadiyyatçı olmağıma baxmayaraq, hər zaman ürəyim idman və ədəbiyyat üçün döyünüb. 7 yaşımdan mən karate ilə məşğul olmuşam, 12 yaşımdan kikboksinq və Taekvondo ilə, və son 6 il  sambo döyüş idman növu ilə məşğulam. Kikboksinq idman növü üzrə Azərbaycan çempionu olmuşam  və bir çox turnirlərdə iştirak etmişəm. Taekvondo üzrə qara kəmər və birinci dan sahibiyəm və Ukraynanın Dnepr şəhərində idman müəllimi  işləmişəm. Şəhərin yığmasında idman müəllimi kimi çalışmısam və mənin üçün bu yol çox maraqlı və uğurlu olub. Tələbələrim Ukrayna çempionu olub və indiyə kimi beynalxalq yarışlarda iştirak edirlər.

-           Necə oldu ki, yazıçılıqla məşğul olmağa başladın? Buna həvəs səndə haradan yaranıb?
-  Ukraynada yaşayarkən, mən ədəbiyyat məktəbinə gedirdim və ədəbiyyat strukturlarını və incəliklərini öyrəndikdən sonra, dərslər üçün hekayələr və şeirlər yazırdım. Azərbaycana qayıdarkən, mən Azərbaycan ədəbiyyatı ilə tanış oldmağa başladım. Azərbaycan ədəbiyyatını məktəbdə öyrəndiyim zaman, mənim içimdə bir fəxr, qürur hissi oyandı ki, bizim belə zəngin və gözəl yazıçılarımız var.  Əsasən Nizaminin, Füzulinin, Cəlil Məmmədquluzadənin, Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov və digər yazıçılara fikir verdim. Mətn quruluşu məni daha cəlb etdiyi üçün, mən prozaya diqqət yetirməyə başladım. Nəticədə üç kitabım ərsəyə gəlib və romantizm istiqamətində çalışıram.  Kitablarımın ikisi artıq işıq üzü görüb və üçüncü kitabım da bu yaxınlarda nəşr edilərək, kitabxanalarda olacaq insallah.

-           Bu günə kimi yazdığın kitablar haqqında bir az bəhs edərdin..
- Birinci kitabım "Payız melodiyası” adlanır və o təmiz bir sevgi haqqındadır. Bəzən insanın duyğuları onu əvvəllər olmadığı bir yerə, yəni dünyanın gözəl yerlərinə, ona sevgi ilə  toxunan bir insanın ürəyinə aparır. Madriddə yaşayan Diyego, özünə çətin suallar verdikdə, qısa müddətdə cavabın yalnız bir nəfər olacağını təsəvvür edə bilmirdi. Göylərin yaratdıgı və Aveiroda yaşayan İnes adlı günəş onun qabağına çıxana qədər, tənhalıqda yaşayırdı. Bu  kitab oxucuya göstərir ki,  real hisslər üçün nə məsafələr, nə də maneələr əngəl deyil, çünki  insan ürəyi sevgi ilə rastlaşan zaman, qanad açır və onun üçün mümkün olmayan, mümkün olur.  İnes ilə ilk tanışlıqdan sonra Diyego ürəyinin işığını gizlətmir və yeni sevgi dünyasını yaratmaq üçün, İnesin bütün parlaq rənglərini almaq istəyir.

İkinci kitabim isə çətin həyat sürən bir insan haqqındadır. Bir gün başqa birinin yatağında, başqa birinin evində gözlərinizi açsanız, sizə yad olan insanlar sizi öz övladı kimi çağırsa, nə baş verər? İndi isə düşünün ki, bu hadisə hər üç həftədən bir təkrarlanacaq və bunun necə baş verdiyini anlamayacaqsız. Hər zaman uzaq ölkələrdə bir yerdə oyanacaqsınız, ancaq öz evinizdə heç vaxt göz aça bilməyəcəksiniz. İllər sonra adını itirdiyi qəhrəman, sığınacaq və ona xeyirli ola biləcək hər şeyi yalnız bir yuxu kimi yaşayır. Qəribə ürəklərə bir çox yol taparkən, uşaqlıqdan öz həyatına bir yol tapa bilmir. Hər bir oyanış onu ona bir az inandıran yeni problemlər ilə qarşı-qarşıya qoyur  və bir gün öz valideynlərini görəcəyi ümidə yönləndirir. Qəhrəman bilir ki, evinə gedən yolu tapmaq üçün, o, bir çox çətinliklərlə üzləşməlidir. Zaman keçir və illərdən sonra o, yalnız bir şeyi başa düşmək məcburiyyətində qalır: sonsuzluğun yalnız bir sinonimi var – o da  Sevgidir.

-           Yazıçılıq fəaliyyətin idmanla məşğul olmağa əngəl olur mu?
-  Əksinə, idman mənim yaradıcılıq fəaliyyətimə çox kömək edir. Sağlam bədəndə sağlam ruh olur. Hər gün işdən sonra məşqə gedərkən, mən bütün problemləri və  həyatda olan çətinlikləri zalda qoyuram və öz gələcəyim haqda rahat düşünə bilirəm. İdman həyatımda rastlaşdıgım insanlar, romanlarımda, obrazlarda və müxtəlif qəhramanlarda yaşayır. Ümumiyyətlə idman ədəbiyyat ilə paralel yaşayanda, onların yaratdığı qüvvə insan üçün yeni uğurlu yollar açır. İnsan hər zaman həm güclü, həm də ağıllı olmağa çalışmalıdır.

-           Professional idmançı olmaq istərdin mi?
- Məktəb illərində o haqda düşünürdüm, amma gələcəyə baxarkən, bundan vaz keçməyə qərar verdim. Professional idman məni maksimum 35 yaşa qədər apara bilərdi, o da güclü və ağır zədələr olmaması təqdirdə. Amma həyat 35 yaşdan sonra da davam edir və bu yaşda yalnız özüm haqda düşünə bilmərəm. Yəqin ki o yaşa qədər ailə quraram və mən onları özümdən yuxarı hesab edib, onlar üçün çalışmalıyam. Həmdə professional idmanla məşğul olarkən, valideyin və ailə üzü hər zaman görmək olmur.

-           Hansı idman növü ilə daha çox maraqlanırsan və baxırsan?
-  Kikboksinq ilə daha cox maraqlanıram hal hazırda və heç bir yarışları nəzərdən buraxmıram. İnternet dövründə hər bir indman yarışlarını onlayn izləmək olur. Paralel olaraq qaydasız döyüş ilə də maraqlanıram. Mənim dayım oğlu Kənan Həsənov bu yaxınlarda qaydasız döyüş üzrə Avrasiya çempionatında birinci yer tutub və bu məni daha da marağa gətirib. Güləş, boks və sambo yarışlarına da canlı baxmaqdan zövq alıram.

-           Səncə hansı idman növünü Azərbaycanda ən uğurlu saymaq olar?
-  Azərbaycanda mənin fikirimcə sərbəst güləş və Taekvondo daha çox inkişaf edir. Rioda Azərbaycan idmançıları çox uğurlu iştirak edib və bütün dünyaya bayrağımızı ucaldıblar. Mən  bununla fəxr edirəm. Bir də qeyd etmək istəyirəm ki, son illər Azərbaycan futbolu da çox irəliləyib.
-           Azərbaycan futbolu haqqında söz düşmüşkən. Hansı irəliləyişi qeyd etmək istərdin və hansı Azərbaycan klubuna azarkeşlik edirsən?
- UEFA-nın reytinqində biz 40-cı yerdə gedirik və bu bizim yığmamızın zəhmətkeşliyini göstərir. Çoxları mənimlə bəlkə də razı olmaz, amma Azərbaycan futbolu 90-cı illərdə yeni bir nəfəs aldı və sıfırdan qurulub, pillə pillə irəliləyir. Biz hər zaman dəstək olmalıyıq onlara, çünki  onlar hər zaman bizim bayrağı beynalxalq arenalarda dalğalandırır. Klublara gəlincə, "Qarabağ”  futbol klubuna hər zaman dəstək oluram.  Səhv etmirəmsə, Avrokuboklarda Ukraynanın "Dnepr” klubunu udan komada məhz "Qarabağ” olub.

-           Əgər səni seçim qarşısında qoysalar, idmanı, yoxsa yazıçılığı seçərdin?
- Çox çıtin seçim olardı. İdman və ədəbiyyat bir biri ilə yol gedən zaman, insanın ruhunu artıran bir qüvvəyə çevrilir. Bilirsiz hansı boksçu daha güclu olur və asan qalib gəlir?  Ağıllı boksçu. Ağıl isə kitablardadır.  Bütün idman növlərində taktika və strategiyalardan istifadə edirlər. Bunları isə min illərdi ki yazıçılar araşdırır və o haqda yazır. Mənim kitablarım idman haqda olmasa da, ola bilər ki hər hansısa idmançı onları oxuyub, özü üçün həyatda böyük bir məqsəd qoyub, irəli getməyə çalışsın.

-           Bir yazıçı kimi, önündə hansı məqsədlər qoymusan? Nələrə nail olmaq istəyirsən?
-  İlk növbədə istəyirəm ki, bütün insanlar oxumağa başlasınlar və bir birinə qarşı daha xeyirxah olsunlar. Belə olduqda, həyatda hamı mehriban olar, kədər yox olar və xoşbextlik yolu hamı üçün açılar. Kitablarımla mən insanların ürəyinə toxunmaq istəyirəm. İstəyirəm ki, hamı bir birinə kömək edib, dəstək olsun. Digər məqsədlərim isə real məqsədlərdir. Misal üçün, istəyirəm ki, Ukrayndakı Azərbaycan səfiri ilə görüşüm, kitablarım azərbaycan dilinə tərcümə olunsun. Ən böyük istəyim isə, Bakıda və Azərbaycanda məni tanısınlar və Azərbaycan televiziyalarına dəvət etsinlər. Amma bunları tək başına etməyim təbii ki mümkün deyil. Mənə həmvətənlilərimin dəstəyi lazımdır.

-           Azərbaycan haqqında kitab yazmağı heç düşünmüsən mi?
-  Planda belə bir şey var. Azərbaycanın yaşadığı çətinliklər və düşmənlərimiz haqqında bir roman yazmaq istəyirəm. Məsələn Mart soyqırımı haqqında. Bilirsiz, bizim o qədər zəngin tariximiz var ki, yüzlərlə mövzulara aid kitab yazmaq olar. Amma ilk növbədə gərək öz auditoriyanı tapasan. Ona görə də istəyirəm ki,  Azərbaycan Cəmiyyətlərindən mənə dəstək olan olsun.

-           İstər yazıçılıq, istərsə də idmançı karyeranda hər hansı bir problemlərlə üzləşmisən mi? Önünə çətinliklər çıxanda, onları necə həll edirsən?
-  İnsan hər zaman özünə inanmalıdır. İnsanın önünə nə qədər çox çətinlik çıxarsa, insan bir o qədər də güclü olur. Mənim yanımda mənə inanan insanlar var. İlk növbədə valideyinlərim, dostlarım və mənim yolumda mənə rast gələn insanlar. Mən çox açıq insanam və hər zaman yeni tanışlıqlara sevinirəm. Təəssüf ki, məni Ukraynada daha çox rus və ukraynalılar dəstəkləyir, amma mən istərdim ki, öz millətimiz də mənə dəstək olsun. Məsələn bu yaxınlarda Ukraynada fəaliyyət göstərən Qafqaz rəqs ansablının yaradıcısı Nicat Mirzəyev mənə müəyyən köməklik etdi və inanın ki, bu mənə daha çox inam və güc verdi. Onun  və ədəbi agentimin birgə sayəsində Ukraynanın Milli Kitabxanasında 9 fevral tarixində mənim kitabımın təqdimatı keçiriləcək.

-           Həyatda sənə ən çox dəstək olan birisi var mı?
-  Dəstək-  insanın yolunda bir işıqdır. Mənim ədəbi agentim Diana Rudenko, mənim kitablarımın ölkədə (Red. Ukraynada) tanınmağında çox kömək edir. Onun hesabına mənim oxucularımın sayı  50 mini keçib və Vikipediyada (Red. Ukrayna dilində) bu yaxınlarda səhifəm açılıb. Onun özü də yaradıcı şəxsdir – təbiət fotoqrafıdır və Ukraynanın National Geographic Cəmiyyəti üçün şəkillər çəkir.

-           Və sonda saytımızın və öz oxucularına ürək sözlərini və arzularını deyərdin.
-  Heç bir zaman tutduğunuz yoldan geri dönməyin. Bir çox insanlar sizə inanmayacaq və yolunuzun çətin olduğunu söyləyəcəklər. Amma siz buna fikir verməyin. Siz öz istəklərinizə nail olandan sonra, yolun necə asan olduğunu hiss edəcəksiz və daha da yeni məqsədlərə irəliləməyə çalışacaqsınız. Həyatınızda boş vaxtınız olan kimi, kitab oxuyun və inkişaf edin, idmanla məşğul olun ki, sağlam olasınız və çoxlu səyahət edin ki, yeni dünyalar aça biləsiniz.
Və sonda məndən müsahibə aldığınız üçün və maraqlı suallar üçün sizə təşəkkürümü bildirmək istəyirəm.
 
MÜSAHİBƏNİ ALDI: RAUF İSKƏNDƏROV 

"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR

"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR

"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
"Onları tanıyaq" rubrikasında - yazıçı və idmançı Nail İsmayılov (Ukrayna) FOTOLAR
449     
Reklam

Reklam