Premyer.Az > Futbol / Manşet > Haiti millisinin futbolçusu "Neftçi"dən kənar qaldı

Haiti millisinin futbolçusu "Neftçi"dən kənar qaldı

"Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. Komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.




Xatırladaq ki, "Qəbələ” – "Neftçi” oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.




Geri