Premyer.Az > Futbol / Layihələr / Manşet > REGİON LİQASINDA əcnəbi futbolçu çıxış edə bilər mi? AFFA rəsmisi məsələyə aydınlıq gətirdi (FOTOLAR)

REGİON LİQASINDA əcnəbi futbolçu çıxış edə bilər mi? AFFA rəsmisi məsələyə aydınlıq gətirdi (FOTOLAR)

REGİON LİQASINDA əcnəbi futbolçu çıxış edə bilər mi? AFFA rəsmisi məsələyə aydınlıq gətirdi (FOTOLAR)Ötən mövsümdən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilməsinə start verilən Region Liqasının Əsasnaməsində bu mövsüm bir sıra dəyişikliklər edilib. Artıq ilk turun oyunları geridə qalsa da, Əsasnamə AFFA-nın rəsmi saytının müvafiq bölməsinə yalnız bu günlərdə yerləşdirilib. Edilmiş dəyişikliklərdən biri də əcnəbi futbolçularla bağlıdır.
Belə ki, əgər ötən mövsüm Region Liqasında legionerlərin çıxışına icazə verilirdisə, bu mövsümdən etibarən buna qadağa qoyulub. Yalnız bir istisna var.... Bu istisnaya əsasən, ƏN AZI İKİ İL ƏRZİNDƏ AZƏRBAYCANDA YAŞAYAN VƏ HEÇ BİR FUTBOL FƏALİYYƏTİ OLMAYAN ƏCNƏBİLƏR, İSTİSNA HAL KİMİ REGİON LİQASINDA HƏVƏSKAR OLARAQ İŞTİRAK EDƏ BİLƏRLƏR. Bu şərt Region Liqasının Əsasnaməsində aşağıdakı kimi qeyd olunub:
6.2 Region Liqasında Azərbaycan vətəndaşı olmayan oyunçular sifariş edilə bilməz (ən azı 2 il ərzində Azərbaycanda yaşayan və heç bir futbol fəaliyyəti olmayan şəxslər istisna hal kimi region liqada həvəskar olaraq iştirak edə bilər).
Region Liqası ilə yaxından maraqlanan futbol həvəskarlarının, ötən mövsüm Sumqayıtın "Uğur” komandasının heyətində çıxış edən və bu komandanın heyətində qızıl medallara sahib olan İran futbolçusu Məhəmməd Reza Niyazxani yəgin ki yadlarındadır. Premyer.az saytı "ONLARI TANIYAQ” rubrikasında bu futbolçu ilə geniş müsahibə də təqdim etmişdi.
Bu futbolçu hətta bu mövsüm öncəsi Mərkəz və Cənub Regionunun Mərkəz Zonasında mübarizə aparan "Füzuli” komandasına da transfer olunmuşdu və bu haqda klubun Facebook səhifəsində rəsmi məlumat da dərc edilmişdi.
Buna baxmayaraq, adı çəkilən futbolçu Premyer.az saytına müraciət edərək, yeni qaydalara əsasən onun klubda çıxışının mümkün olmadığını və bu haqda ona klub rəsmiləri tərəfindən məlumat verildiyini bildirmişdir.
Məsələyə aydınlıq gətirmək məqsədilə Premyer.az saytının müxbiri , AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasından məsul şəxs Yusif Vəliyevə müraciət etdi.
AFFA funksioneri məsələ ilə bağlı aşağıdakıları söyləyib:
-          Region Liqası – həvəskarlar arasında keçirildiyindən, edilən dəyişikliklərin əsas məqsədi – iki ildən artıq Azərbaycanda yaşayan və işləyən (Dövlət Miqrasiya Xidmətindən bunu təsdiqləyən arayış təqdim olunmaq şərti ilə) və futbolla heç bir professional əlaqəsi olmayan xarici vətəndaşlara, həvəskarlar səviyyəsində futbol oynamaq üçün şərait yaratmaqdır. Qadağa isə, bəzi ölkələrdə bu haldan istifadə edərək, legioner olaraq Azərbaycanda futbolçu kimi qeydiyyata düşmək istəyənlərin qarşısını almaq üçündür.
 
Beləliklə də, iranlı futbolçu Məhəmməd Reza Niyazxani, Əsasnamənin 6.2-ci maddəsinin  tələblərinə əsasən yeni başlayan mövsümdə Region Liqasında hər hansı bir komandanın heyətində çıxış edə bilməz.
 
Rauf İskəndərov / Premyer.az




Geri