Premyer.Az > Futbol / Region liqası / Manşet > AFFA Region Liqasının 4 komandasının futbolçularını CƏZALANDIRDI

AFFA Region Liqasının 4 komandasının futbolçularını CƏZALANDIRDI

AFFA İntizam Komitəsinin dünən keçirilən iclasında Refion Liqasının ilk turunda keçirilmiş iki oyunla əlaqədar qərarlar açıqlanıb. Premyer.az bu qərarları diqqətinizə çatdırır:
 
7 oktyabr 2018-ci il, Region Liqasının, "Alyans” FK – "Neftçala” FK matçının 82-ci dəqiqəsində "Alyans” klubunun 7 №-li futbolçusu Elvin Quluzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır  (maddə 38.2).
Oyunun 82-ci dəqiqəsində "Neftçala” klubunun 47 №-li futbolçusu Emil Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 90+1-ci dəqiqəsində "Neftçala” klubunun 3 №-li futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
6 oktyabr 2018-ci il, Region Liqasının, "Araz” (Saatlı) – "Gənclik” (Sabirabad) matçının 45-ci dəqiqəsində "Gənclik” klubunun 27 №-li futbolçusu Rəsul Sadıqlı və "Araz” klubunun 11 №-li futbolçusu Asəf Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 38.2).
Oyun başa çatdıqdan sonra "Araz” klubunun 1 №-li futbolçusu Elnur Alməmmədli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.3).
 
Rauf İskəndərov / Premyer.az



Geri