Premyer.Az > Futbol / Layihələr / Manşet > REGİON LİQASI: Final oyununun vaxtı və məkanı müəyyənləşdi

REGİON LİQASI: Final oyununun vaxtı və məkanı müəyyənləşdi

REGİON LİQASI: Final oyununun vaxtı və məkanı müəyyənləşdiAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. 
 
Daha öncə də xəbər verdiyimiz kimi, Region Liqasının finalında "Uğur" (Sumqayıt) - "Energetik" (Mingəçevir), 3-cü yer uğrunda qarşılaşmada isə "Füzuli" FK - "Araz" (Naxçıvan) komandaları bir araya gələcəklər.
 
Premyer.az saytı xəbər verir ki, final oyunu 22 may 2018-cı il tarixində "Bayıl Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat 18:00-da start götürəcək. 
 
Region Liqası, Final
22 may 2018-ci il

"Uğur” (Sumqayıt) - "Energetik" (Mingəçevir) 
Stadion: "Bayıl Arena"
Saat: 18:00
 
Premyer.az
Mənbə: "Energetik" FK-nın Facebook səhifəsi


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.





Geri