Premyer.Az > Futbol / Manşet > 25-ci qələbə ilə 26-cı oldu

25-ci qələbə ilə 26-cı oldu

Topaz Premyer Liqasının XXVII turu "Zirə” üçün əlamətdar olub. Öz meydanında "Kəpəz”i 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi evdə yubiley qələbəsini qazanıb. Bu matçadək doğma azarkeşlər önündə keçirdiyi 45 Premyer Liqa matçında 24 dəfə 3 xala sevinən zirəlilər 25-ci qələbəni əldə edib.
"Zirə” Azərbaycan çempionatları tarixində öz meydanında 25 və ya daha çox qələbə qazanan 26-cı komanda olub. Bu rəqəmə 46-cı görüşdə çatan komanda öz meydanındakı qələbə sayında "Azəri” ilə eyni göstəriciyə malikdir.




Geri