Premyer.Az > Futbol / Manşet > Azərbaycan Premyer Liqasında yeni hakim!

Azərbaycan Premyer Liqasında yeni hakim!

Topaz Premyer Liqasının XXVII turu baş hakim debütü ilə yadda qalıb. "Keşlə” – "Qarabağ” matçını (3:0) idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib.
 
O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidir. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qorumuşdu.



Geri