Premyer.Az > Futbol / Layihələr / Manşet > (LAYİHƏ) Region Liqası, Play-off mərhələsi: "Energetik" - "Şəki" matçının məkanı və vaxtı dəyişdirildi

(LAYİHƏ) Region Liqası, Play-off mərhələsi: "Energetik" - "Şəki" matçının məkanı və vaxtı dəyişdirildi

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:  
 
AFFA-nın təşkil etdiyi Region Liqasında sabah keçirilməsi planlaşdırılan Play-off mərhələsinin "Energetik" Mingəçevir - "Şəki" qarşılaşmasının məkanı və başlama saatı dəyişdirilib. 
 
Premyer.az xəbər verir ki, Qəbələ rayonunun Hacıəli kənd stadionunda keçirilməsi planlaşdırılan oyun, Ağsu şəhər stadionunda keçiriləcək. Oyun saat 14:00-da start götürəcək. 
 
Region Liqası, Play-off mərhələsi:
 
13 may. Ağsu şəhər stadionu. Saat 14:00 

"Energetik" (Mingəçevir) - "Şəki"
 
Rauf İskəndərov / Premyer.az
Mənbə: "Şəki" FK-nın Facebook səhifəsi.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.




Geri