Premyer.Az > Çap Et > (LAYİHƏ) Region Liqasının ilk 1/2 finalçısı müəyyənləşdi
Premyer.Az > Futbol / Layihələr / Manşet > (LAYİHƏ) Region Liqasının ilk 1/2 finalçısı müəyyənləşdi

(LAYİHƏ) Region Liqasının ilk 1/2 finalçısı müəyyənləşdi

(LAYİHƏ) Region Liqasının ilk 1/2 finalçısı müəyyənləşdiAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:  
 
AFFA-nın təşkil etdiyi Region Liqasında bu gün Play-off mərhələsinin ilk oyunu keçirilib. Premyer.az xəbər verir ki, Ağsu şəhər stadionunda keçirilən "Alyans" FK - "Füzuli" FK qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün, əlavə vaxt təyin edilib. Əlavə vaxtda qapılara qol vurulmayınca, oyunun qalibi penalti seriyasında müəyyənləşib. 3:0 hesabı ilə qalib gələn füzulililər, Region Liqasının ilk yarımfinalçısı olub. 
 
Region Liqası, Play-off mərhələsi:
 
12 may. Ağsu şəhər stadionu.  
"Alyans" 1-4 "Füzuli" 
əsas vaxt 1:1
əlavə vaxt 0:0
penalti seriyası 0:3
 
Rauf İskəndərov / Premyer.az
Mənbə: "Füzuli" FK-nın Facebook səhifəsi.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.




Geri