Premyer.Az > Çap Et > Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEO
Premyer.Az > Futbol / Layihələr / Futbol / Futbol / Manşet > Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEO

Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEO

Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEORegion Liqasının Şimal - Şimal/Qərb Regionunun Qərb Zonasında çıxış edən Qazaxın "Göyəzən" komandasının futbolçusu Şıxməmmədov Eldar Əli oğlu avtomobil qəzası keçirib.  

Premyer.az xəbər verir ki, hadisə dünən səhər Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində baş verib. "Mercedes" markalı mikroavtobus "Opel" və "VAZ-2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 13 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
"Göyəzən" klubunun 19 yaşlı futbolçusunun qəza nəticəsində qolu sınıb və başında çapıq əmələ gəlib. Futbolçu Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hal - hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
 
 
Rauf İskəndərov / Premyer.az
Mənbə və fotolar: Report.az və "Göyəzən" FK-nın Facebook səhifəsi
Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEO

Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEO
Azərbaycan klubunun futbolçusu ağır yol qəzası keçirdi - FOTOLAR, VİDEO



Geri