Premyer.Az > Futbol / Futbol / Region liqası / Manşet > (LAYIHƏ) Region Liqası: "Şıxlar" FK-nın baş məşqçisi uğursuz çıxışın səbəblərini açıqladı

(LAYIHƏ) Region Liqası: "Şıxlar" FK-nın baş məşqçisi uğursuz çıxışın səbəblərini açıqladı

(LAYIHƏ) Region Liqası: "Şıxlar" FK-nın baş məşqçisi uğursuz çıxışın səbəblərini açıqladıAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir.
 
Paytaxt Regionunun Paytaxt bölgəsi qrupunda çıxış edən Qobustanın "Şıxlar" komandası təəssüf ki, öz çıxışı ilə azarkeşlərini sevindirə bilmir. 6 turdan sonra bir xalla sonuncu pillədə qərarlaşan komandanın baş məşqçisi Rövşən Abdulayev uğursuz çıxışlarının səbələrini açıqlayıb.
 
Premyer.az baş məşqçinin fikirlərini diqqətinizə çatdırır:
"Komandamız gözlənilən nəticəni əldə edə bilmir, bunun da səbəbləri var. Region Liqası birinci ildir ki təşkil edilib. Komandamız tam şəkildə sabit deyil. Gələcək illərdə komandanı daha da gücləndirməliyik. Əminliklə söyləyə bilərəm ki, növbəti çempionatda daha da mükəmməl çıxış edib, istədiyimiz nəticəni əldə edəcəyik."
 
Rauf İskəndərov / Premyer.az
Foto və müsahibə: "Şıxlar" Qobustan FK-nın Facebook səhifəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.






Geri