Premyer.Az > Futbol / Manşet > ŞOK! Mahir Şükürov 1 milyondan imtina etdi!

ŞOK! Mahir Şükürov 1 milyondan imtina etdi!

Millimizin və "Neftçi"nin sabiq futbolçusu Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubundan borcunu alıb.

Premyer.az xəbər verir ki, 2014/15 mövsümünü İzmir klubunda keçirən müdafiəçi sabiq komandasına güzəşt edib. Belə ki, həmin müddət "Karşıyaka"nın Şükürova borcu faizlərlə 1,5 milyon lirə (672 min 150 manat) olub. İzmirdə baş tutan görüşdə tərəflər 500 min lirəyə (224 min 50 manat) razılaşıblar. Mahir Şükürov alacağı olduğu 1 milyon lirədən (448 min 100 manat) imtina edib.
"Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan məsələ ilə bağlı açıqlama verib: "Şükürov 1,5 milyon lirənin 2/3 hissəsindən imtina etdi. Əgər Mahirlə razılığa gəlməsəydik, FİFA tərəfindən 6 xalımız silinəcəkdi. Çünki son günümüz idi. Bu məsələni həll etdik. Mahir Şükürova bu gözəl davranışı üçün təşəkkür edirik və gələcək idman həyatında uğurlar arzu edirik".
Qeyd edək ki, Mahir Şükürov 2014-15 mövsümündə "Karşıyaka”nın heyətində 19 oyun keçirib.
Futbol11.az




Geri