Premyer.Az > Futbol / Manşet > "Neftçi" Paraqvay futbolçusunu TRANSFER edir

"Neftçi" Paraqvay futbolçusunu TRANSFER edir

"Neftçi" heyətinə yeni futbolçu cəlb edib. Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" paraqvaylı futbolçu ilə anlaşıb. 

Paytaxt təmsilçisi Fransisko Qarsiyanın keçidini həll edib. Paraqvaylı futbolçu "ağ-qaralar"la müqavilə imzalamaq üçün ölkəsindən Bakıya yola düşüb. 
26 yaşlı yarımmüdafiəçinin son klubu Paraqvayın "Kerro Pertono" komandası olub.
Əlavə edək ki, Qarsiya "Neftçi"də çıxış edəcək ikinci paraqvaylı futbolçu olacaq. Belə ki, paytaxt klubunda onun həmyerlisi Derlis Meza Kolli də top qovur.




Geri