Premyer.Az > Futbol / Manşet > "Neftçi"dən futbolçu kimi ayrıldı, məşqçi kimi qayıtdı!

"Neftçi"dən futbolçu kimi ayrıldı, məşqçi kimi qayıtdı!

"Neftçi"dən futbolçu kimi ayrıldı, məşqçi kimi qayıtdı!Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri Rəşad Abdullayevin yeni iş yeri müəyyənləşib.
"Xəzər Lənkəran”, "Neftçi” kimi iddialı klublarda oynamış və uğurlarda pay sahibi olmuş  Abdullayev məşqçi kimi "Neftçi”yə qayıdıb. AZAL-dan ayrıldıqdan sonra karyerasını bitirən, bir müddət "İnter”in aşağı yaş qruplarında çalışan Abdullayev artıq "Neftçi” ilə müqavilə imzalayıb. Premyer.az bildirir ki, bu barədə Futbol11.az saytına sabiq 27 nömrə özü məlumat verib. Abdullayev bildirib ki, klubun U-19 komandasında baş məşqçi Bəhram Şahquliyevin köməkçisi postunu tutacaq. 
Qeyd edək ki, Rəşad Abdullayev "Xəzər Lənkəran” muzeyində forması saxlanılan çox az sayda futbolçudan biridir.




Geri