Premyer.Az > Futbol / Manşet > "Neftçi" Honduras millisinin üzvü ilə danışıqlara başladı

"Neftçi" Honduras millisinin üzvü ilə danışıqlara başladı

Çempionatın ikinci hissəsinin hazırlıqlarını davam etdirən "Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər. "Ağ-qaralar" honduraslı futbolçuya rəsmi təklif göndərib.  

Premyer.az bildirir ki, Futbol11.az saytının məlumatına görə, paytaxt klubu Yunanıstanın "Xanti" klubunda forma geyinən Alfredo Antoni Mexia Eskobarla danışqlara start verib.  2017-ci ildən Yunanıstan çempionatında top qovan futbolçunun "Neftçi"yə keçib-keçməyəcəyi yaxın günlərdə bəlli olacaq.   
Heyətində dəyişikliklər edən "ağ-qaralar" Honduras millisinin üzvünə ilyarımlıq müqavilə təklif edib.  
Qeyd edək ki, Eskobar karyerası ərzində "Olimpia", "Udineze", "Real Espana", "Mataqua", "Panthrakikos" və "Marathon" kimi komandalarda forma geyinib.  Honduras millisinin heyətində 41 oyun keçirən yarımmüdafiəçi 1 qola imza atıb. 





Geri