Premyer.Az > Futbol / Manşet > AFFA Qurban Qurbanovun yaxın qohumunu da cəzalandırdı

AFFA Qurban Qurbanovun yaxın qohumunu da cəzalandırdı

AFFA Qurban Qurbanovun yaxın qohumunu da cəzalandırdıİntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra maraqlı qərarlar qəbul edilib.
 
Premyer.az qərarlardan birini diqqətinizə çatdırır:
 
I Divizionun XII turunun "Zaqatala” – "Sabah” matçının 40-cı dəqiqəsində "Sabah” klubunun 10 №-li futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
 
Oyunun 88-ci dəqiqəsində "Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra "Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur
 
Qeyd edək ki, Musa Qurbanov "Qarabağ" FK və Azərbaycan Milli komandasının baş məşqçisi Qurban Qurbanovun yaxın qohumudur.



Geri