Premyer.Az > Futbol / Manşet > AFFA "Bobo" ləğəbli məşqçini ömürlük cəzalandırdı (FOTOLAR)

AFFA "Bobo" ləğəbli məşqçini ömürlük cəzalandırdı (FOTOLAR)

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Premyer.az oxucuların marağına səbəb olacaq qərarlardan birini diqqətinizə çatdırır:
 
 
"İnter” Peşəkar İdman Klubunun (hazırkı "Keşlə” klubu) və "Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə "Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.
Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.
 
Qeyd edək ki, Ağakişi Mehdizadə futbol aləmində "Bobo" ləğəbi ilə tanınır və "İnter" PFK-da metodiki-analitika qrupunun rəhbəri və Gürcüstan millisində Kaxaber Tsxadadzenin köməkçisi vəzifələrində işləyib.




Geri