Premyer.Az > Futbol / Futbol / Futbol / Manşet > İslam Kərimov: "Uşaqlar dərk edirlər ki, bura "Neftçi"dir" (VİDEO)

İslam Kərimov: "Uşaqlar dərk edirlər ki, bura "Neftçi"dir" (VİDEO)

"Sabahın ulduzları”nın qalibləri – "Neftçi” PFK-nın U-9 komandasının baş məşqçisi İslam Kərimov və turnirin ən yaxşı futbolçusu seçilmiş və 33 qolla bombardiri olmuş Rüstəm Hüseynli təəssüratlarını Neftçi TV ilə bölüşüblər.

İslam Kərimov: "Plan üzrə hazırlaşmışdıq. Qarşımıza 1-ci yeri tutmaq məqsədi qoymuşduq. 10 komandalıq turnirdə 9 matçın hamısında qalib gəldik. Komandamız çox gözəl oynadı. Turnirin bombardiri - 9 nömrəli futbolçumuz Rüstəm Hüseynli oldu. O, 33 qol vurdu. Amma ən vacibi komandanın gözəl oyunu idi. Komandamız ağıllı futbol oynayırdı. Qarşıya qoyulan məqsədə nail olduq. Uşaqlar dərk edirlər ki, bura "Neftçi”dir”.

Rüstəm Hüseynli: "Çox sevinirəm. Komanda yoldaşlarıma minnətdaram. Onların sayəsində bu qədər qol vurmuşam. İnanıram ki, növbəti ildə yenə çempion olacağıq”.
 




Geri