Premyer.Az > Futbol / Onları tanıyaq / Futbol / Futbol / Manşet > "Onları tanıyaq" rubrikasında - Markelov Sergey Mustafa Levent oğlu ("Xəzər" FK, FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Markelov Sergey Mustafa Levent oğlu ("Xəzər" FK, FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Markelov Sergey Mustafa Levent oğlu  ("Xəzər" FK, FOTOLAR)Premyer.az saytının "Wikipedia" Layihəsi çərçivəsində, "Onları tanıyaq" rubrikasının növbəti qonağı, – "Xəzər" klubunun 23 yaşlı hücumçusu Sergey Markelovdur.
 
Markelov Sergey Mustafa Levent oğlu 1994-cü ildə Bakı şəhərində anadan olub. Milliyətcə türkdür, müsəlmandır (atası türk, anası rusdur). Boyu 180 sm, çəkisi 78 kg-dır. Bakı şəhəri 9 saylı orta məktəbi bitirib. Ali təhsilini Ukraynanın Karazin adına İqtisad Universitetinin maliyyə və kredit fakültəsində alıb. Futbol oynamağa 8 yaşında "Xudafərin" uşaq futbol klubunda başlayıb. İlk məşqçisi Elbrus Rzayev olub. 12 yaşına qədər bu məşqçinin rəhbərliyi altında futbolun sirrlərini öyrənib. Futboldan başqa MMA döyüşü və karate ilə məşğul olub. Karate üzrə sarı kəmər sahibidir. Ailəlidir, bir qız övladı var. Azərbaycan dilindən başqa rus, türk və ingilis dillərini bilir.
 

Futbolda ilk addımlarını "Qarabağ"da atıb. 2006-2007-ci illərdə ağdamlıların uşaq yaş qrupunda oynayıb. 2007-2009-cu illərdə "Bakı" klubunun, 2009-2012-ci illərdə isə "İnter" klubunun aşağı yaş qruplarında çıxış edib.

2012-2013-cü illərdə Birinci Divizionun "Muğan" klubunun əvəzedici heyətində oynayıb.

2013-2014-cü illər arası 1 il 4 ay ərzində Xarkovun "Metalist" klubunda legioner həyatı yaşayıb. 2015-ci ildə Bakıya qayıdaraq, yarım mövsüm "Bakılı" klubunun şərəfini qoruyub. Daha sonra altı ay "Qaradağ Lökbatan" klubunun formasını geyinib.

2017-ci ilin yayından etibarən Birinci Divizionun "Xəzər" klubunun futbolçusudur.
 
2017-ci ilin yayında bir ay ərzində Kiprin Super Liqasında çıxış edən "Yeniboğaziçi" klubunda baxışda olub, yalnız ailə vəziyyəti ilə əlaqədar keçidi alınmayıb.
 
 
Aşağıdakı linkə daxil olaraq, futbolçunun karyerası haqqında daha ətraflı məlumatlarla tanış ola bilərsiniz.
 
https://az.wikipedia.org/wiki/Sergey_Markelov
 
Premyer.az saytındakı və Vikipediyadakı yazıların və fotoların müəllifi: Rauf İskəndərov
Автор статей и фотографий на сайте Premyer.az и в Википедии - Рауф Искендеров.
"Onları tanıyaq" rubrikasında - Markelov Sergey Mustafa Levent oğlu  ("Xəzər" FK, FOTOLAR)
"Onları tanıyaq" rubrikasında - Markelov Sergey Mustafa Levent oğlu  ("Xəzər" FK, FOTOLAR)



Geri