Premyer.Az > Futbol / Manşet > "Sumqayıt" azadlığa çıxan Nicat Muxtarova sahib çıxacaq mı?

"Sumqayıt" azadlığa çıxan Nicat Muxtarova sahib çıxacaq mı?

Oğurluğda təqsirkar bilinən futbolçu Nicat Muxtarov artıq azadlığa çıxıb.

Premyer.az futbol11.az-a istinadən xəbər verir ki, 3 gündür ki, azadlıqda olan Nicat Muxtarov hələ ki müqavilə ilə məxsus olduğu "Sumqayıt” klubunun düşərgəsinə qoşulmayıb. Əldə etdiyimiz məlumata görə, "Sumqayıt” gənc və istedadlı oyunçuya sahib çıxmağı və onu geri qaytarmağı düşünür. 
 
 
Qeyd edək ki, Nicat "Sumqayıt”dan öncə "Simurq” və "Rəvan” klublarının formasını geyinib.




Geri