Premyer.Az > Futbol / Manşet > ŞOK! I Divizionda 8 futbolçu klubdan qovuldu

ŞOK! I Divizionda 8 futbolçu klubdan qovuldu

Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən MOİK-də kütləvi qovulma baş verib. Premyer.az xəbər verir ki, aprelin 8-də evdə "Mil-Muğan"la (0:2) keçirilən görüşdən sonra "hərbiçilər"də "təmizləmə" işləri aparılıb.
"Qara siyahı"ya 8 oyunçunun adı düşüb. Onların hansı səbəbdən heyətdən kənarlaşdırıldığı da bəllidi.
Belə ki, Premyer Liqaya yüksəlməklə bağlı planlarını təxirə salan "hərbçilər" yenə divizionda oynayacaq. Bu səbəbdən klub strategiyanı dəyişib. Daha çox gəncləri heyətdə saxlayan rəhbərlik yaşlı, təcrübəli oyunçuları yola salıb.
Bu addımı başa düşmək olar. Yəqin ki, MOİK rəhbərliyi elitanın tələblərini ödəyə bilməyəcəklərini anladığından belə qərar qəbul ediblər. Amma ilin-günün vaxtında 8 futbolçunu qapı önünə qoymaq doğru deyil. Onsuz da mövsüm başa çatir və aprelin sonunda da bu qərarı vermək olardı. Futbolçuların bir aylıq maaşını kəsməklə klub çox şey qazanmayacaq, lakin həmin futbolçular itirəcək.(Futbolinfo.az)





Geri