Premyer.Az > Futbol / Futbol / Futbol / Manşet > EKSKLÜZİV! "#Evdə qal - məşqsiz qalma" - Tural Rzayevin təqdimatında! VİDEO + MÜSAHİBƏ

EKSKLÜZİV! "#Evdə qal - məşqsiz qalma" - Tural Rzayevin təqdimatında! VİDEO + MÜSAHİBƏ

EKSKLÜZİV! "#Evdə qal - məşqsiz qalma" - Tural Rzayevin təqdimatında! VİDEO + MÜSAHİBƏGəncə futbol azarkeşlərinin sevimlisi olan Tural Rzayev də, karantin dövrünün "Evdə qal, məşqsiz qalma” trendinə qoşularaq, öz ev məşqlərini nümayiş etdirib.

Premyer.az xəbər verir ki, bu ilin mart ayında Gürcüstanın Birinci Divizonunda çıxış edən "Merani" (Martvili) komandasından zədə səbəbi ilə, qarşılıqlı razılığa əsasən yollarını ayıran 26 yaşlı yarımmüdafiəçi, hal-hazırda Gəncədədir.

Premyer.az saytına eksklüziv müsahibəsində Tural bildirib ki, ön çapraz bağın qopmasına baxmayaraq, yüngül məşqləri davam etdirir və karantin bitdikdən sonra, ölkə xaricində əməliyyat olunaraq, böyük futbola qayıtmaq niyyətindədir. Futbolçu onu da əlavə edib ki, yenidən legioner həyatı yaşayacağını da istisna etmir.

Qeyd edək ki, professional futbolçu karyerasını "Neftçi" komandasının 17 yaşlılardan ibarət komandasında başlayan Rzayev, daha sonra flaqmanın əvəzedici heyətində, o cümlədən "Ağsu", "Zirə" və "Kəpəz" komandalarında çıxış edib.

2018-ci ildə Tural ilk legioner həyatını yaşayıb. Futbolçu Litvanın Yüksək Liqasında çıxış edən Yonava şəhərinin eyni adlı komandasında top qovaraq, 16 oyunda bir qola da imza atıb. 2019-cu ilin yanvar ayında yenidən "Kəpəzə" qayıdan futbolçu, doğma klubunda may ayına qədər çıxış edib.
Rauf İskəndərov / Premyer.az
 



Geri