Premyer.Az > Futbol / Futbol / Futbol / Manşet > "Füzuli" FK-nın baş məşqçisi I qrup əlili sevindirdi! FOTOLAR, VİDEO

"Füzuli" FK-nın baş məşqçisi I qrup əlili sevindirdi! FOTOLAR, VİDEO

"Füzuli" FK-nın baş məşqçisi I qrup əlili sevindirdi! FOTOLAR, VİDEOÜmumbəşəri problemə çevrilən koronavirus pandemiyası ilə əlaqədar çətin dövrlər yaşayan Respublikamızda, son günlər xeyriyyə tədbirləri geniş vüsat alıb. Təbii ki, xalqımızın birlik nümayiş etdirdiyi bu çətin günlərdə, idman aləminin nümayəndələri də, iş adamlarından və digər xeyirxah insanlardan geri qalmır.
Premyer.az saytı xəbər verir ki, belə insanlardan biri də, Bakı Futbol Liqasında mübarizə aparan "Füzuli” futbol komandasının baş məşqçisi Vasif İsmayılovdur.
Bir neçə gün öncə, Füzuli rayon fəal gənclərindən olan Bəşir Əliyevin və Mədinə Hallacovanın çağırışına qoşulan Vasif müəllim, bu gün, rayonun Zobcuq-4 qəsəbəsində yaşayan 1-ci qrup gənc əlil Yunisov Vüsal Əkbər oğluna - əlil arabası alaraq, hədiyyə edib. Vasif İsmayılovun adından hədiyyəni Vüsala və onun ailəsinə - Bəşir Əliyev, Mədinə Hallacova və Vüqar Pənahov təqdib ediblər. Öz sevincini gizlədə bilməyən Vüsalın adından, onun ailəsi və yaxınları, Vasif müəllimə və bütün əməyi keçənlərə öz dərin minnətdarlağını bildirib.
Premyer.az saytı olaraq, bu xeyirxah addımlarına görə, başda Vasif İsmayılov olmaqla, bütün Füzuli rayon fəallarına və könüllülərinə öz təşəkkürümüzü bildiririk. Biz – birlikdə güclüyük!
Rauf İskəndərov / Premyer.az

"Füzuli" FK-nın baş məşqçisi I qrup əlili sevindirdi! FOTOLAR, VİDEO
"Füzuli" FK-nın baş məşqçisi I qrup əlili sevindirdi! FOTOLAR, VİDEO



Geri