Premyer.Az > Futbol / Manşet > Kriştiano Ronaldo yeni rekorduna doğru!

Kriştiano Ronaldo yeni rekorduna doğru!

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirməyə hazırlaşır.
Premyer.az xəbər verir ki, portuqaliyalı super ulduz bu dəfə oyun və ya qola görə yox, qazandığı pulun miqdarına görə bir ilkə imza atacaq.
Bu il 35 yaşlı forvardın karyerası ərzində əldə edəcəyi ümumi gəlirin məbləği 1 milyard avroya çatacaq. Bununla da o, 1 milyard avroluq səddi keçən ilk futbolçu kimi tarixə düşəcək. İndiyə qədər 2 idmançının - amerikalı qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin qazancı bu məbləği keçib. Ronaldo ilə yanaşı, tezliklə isveçrəli tennisçi Roje Federer də onlara qoşulacaq.

Qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus"da illik qazancı 30 milyon avrodur.




Geri