Premyer.Az > Futbol / Region liqası / Manşet > BFL, 1/2 final, ilk oyunlar: "Füzuli" FK-dan əzmkar qələbə!

BFL, 1/2 final, ilk oyunlar: "Füzuli" FK-dan əzmkar qələbə!

BFL, 1/2 final, ilk oyunlar: "Füzuli" FK-dan əzmkar qələbə!Bu gün Bakı Futbol Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
 
Premyer.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Əmirli Tovuz" komandası "Aslan" AFK-nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada "qonaqlar" 2:1 hesablı minimal qələbə qazanaraq, ikinci oyun öncəsi üstünlük əldə edib.
 
Daha maraqla gözlənilən ikinci oyunda, bu mövsüm turnirin əsas favoritləri olan "Füzuli" FK ilə "Baku FC" komandaları bir araya gəlib. Çempionatın ən çılğın azarkeş qrupu olan "Azıx Tayfa" fan qrupu başda olmaqla, stadiona toplaşan çox saylı Füzuli azarkeşləri, oyun boyu komandalarına dəstək olmaqla yanaşı, pankartları və rəngli tüstü şousuyla oyuna rəng qatıblar.
 
Azarkeş dəstəyindən bəhrələnən Vasif İsmayılovun yetirmələri, Rafael Qavaminin qolu ilə, oyunda 1:0 hesablı əzmkar və gözəl qələbə qazanıb. 
 
Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
 
BFL, 1/2 final, ilk oyunlar
ASK ARENA, 4-cü meydança
8 mart 2020-ci il
 
"Əmirli Tovuz" 1:2 "Aslan" AFK
"Füzuli" FK 1:0 "Baku FC"
 
Rauf İskəndərov / Premyer.az



Geri