Premyer.Az > Futbol / Region liqası / Manşet > BFL, 1/4 final: "Füzuli" FK adını 1/2 finala yazdıran ilk komanda oldu! BÜTÜN NƏTİCƏLƏR

BFL, 1/4 final: "Füzuli" FK adını 1/2 finala yazdıran ilk komanda oldu! BÜTÜN NƏTİCƏLƏR

BFL, 1/4 final: "Füzuli" FK adını 1/2 finala yazdıran ilk komanda oldu! BÜTÜN NƏTİCƏLƏRBu gün Bakı Futbol Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Premyer.az xəbər verir ki, 8 komanda arasında adını yarımfinala yazdıran ilk komanda "Füzuli" FK olub.
 
Ötən görüşdə gözlənilmədən "Alliance" FK-ya minimal hesabla 0:1 məğlub olan füzulililər, bu dəfə rəqibinə heç bir şans verməyib. "Azıx Tayfa" başda olmaqla, stadiona təşrif buyuran çox saylı çılğın Füzuli azarkeşləri, komandalarının 5:0 hesablı möhtəşəm qələbəsinə şahid olublar. 
 
Qeyd edək ki, "Füzuli" FK yarımfinalda, Region Liqasından əzəli rəqibi olan "FC Baku" komandası ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında "Əmirli Tovuz" və "Aslan" AFK komandaları bir araya gələcək.
 
BFL, 1/4 final
Bütün nəticələr:
 
"Alliance" FK - "Füzuli" FK 0:5 (ilk oyun 1:0)
"Əmirli Tovuz" - "Seniors" 2:1 (ilk oyun 3:0)
"Çağırğan" - "FC Baku" 2:1 (ilk oyun 1:5)
"Sirena Motors" - "Aslan" AFK 1:4 (ilk oyun 2:1)
 
Rauf İskəndərov / Premyer.az



Geri