Premyer.Az > Futbol / Futbol / Manşet > EKSKLÜZİV! "Səbail"in futbolçusu Ermənistan klubunda? MÜSAHİBƏ

EKSKLÜZİV! "Səbail"in futbolçusu Ermənistan klubunda? MÜSAHİBƏ

Ötən ilin may ayında "Səbail" PFK-dan ayrılaraq Gürcüstanın Milli Liqasında (Yüksək Liqa) çıxış edən "Torpedo" Kutaisi klubuna transfer olunan gürcü legioner Tamazi Tsetsxladze, Ermənistan klubuna keçə bilər.
 
Bu haqda futbolçunun özü Premyer.az saytına eksklüziv müsahibəsində bildirib. O qeyd edib ki, yarım mövsüm ərzində çıxış etdiyi "Torpedo" Kutaisi klubundan ayrılaraq, azad agent statusu alıb və hal-hazırda yeni klub axtarışındadır.

Ermənistan Premyer Liqasında mübarizə aparan klubdan təklif alan Tamazi, saytımızın müxbirinə bildirib ki, 2 il ərzində Azərbaycanda çıxış etdiyi müddət ərzində ölkəmizə alışıb və qonşu Ermənistanla olan münasibətlərdən xəbərdardır. 

Gələcək karyerasını yenidən ölkəmizdə davam etdirmək arzusunda olan Tazo, Azərbaycan klublarından təklif daxil olarsa, onları məmnuniyyətlə dəyərləndirəcəyini bildirib.

Qeyd edək ki, 23 yaşlı futbolçu, karyerası ərzində Gürcüstanın U-21 yığması ilə yanaşı - "İberiya", "Vit Corciya II", "Suxumi", "Lokomotiv" (Tbilisi), "Merani", "Qardabani" və "Torpedo" (Kutaisi) komandalarının şərəfini qoruyub. 
 
Müsahibəni aldı: Rauf İskəndərov / Premyer.az  





Geri