Premyer.Az > Futbol / Futbol / Manşet > Donald Gerye: "Hər oyuna final kimi yanaşırıq"

Donald Gerye: "Hər oyuna final kimi yanaşırıq"

Donald Gerye: "Hər oyuna final kimi yanaşırıq""Neftçi”nin yarımmüdafiəçisi Donald Gerye "Qarabağ”la oyundan (0:0) sonra klubun rəsmi saytına açıqlama verib. Haitili futbolçu komandanın hər oyuna final kimi yanaşdığını bildirib:

"Heç-heçə bizi qane etmirdi. Sona qədər vuruşduq. Qələbə qazanmaq istəyirdik. Buna yaxın idik. Hətta qol da vurduq, amma hakim qolu saymadı. Məncə, təmiz qol idi, Monroz ofsaydda deyildi. Tural Axundovun son dəqiqələrdə yerdə qaldığı epizoda isə şərh vermək istəmirəm. Çempionata yaxşı başlamamışıq deyə, hər oyuna final kimi yanaşırıq”.




Geri