Premyer.Az > Futbol / Manşet > BFL Nizam İntizam komitəsi yeni qərarlarını açıqladı

BFL Nizam İntizam komitəsi yeni qərarlarını açıqladı

BFL Nizam İntizam komitəsinin 2019/20-ci il mövsünün 3-cü turu və 1-ci turda baş tutmuş "Çağırğan FK" - "Füzuli FK" matçı ilə bağlı qərarları açıqlandı.
 
Premyer.az qərarları diqqətinizə çatdırır:

• "Azəri" və "Füzuli FK" komandalarının üz-üzə gəldiyi oyunun 28-ci dəqiqəsində Valeh Seyidov (Azəri) 2-ci sarı vərəqədən sonra qırmızı vərəqə ilə meydandan qovulub. Oyunçu 1 oyunluq cəzalanıb.
• Oyunun 33-cü dəqiqəsində Cəmşid Məhərrəmov (Füzuli FK) rəqib oyunçuya qarşı qeyri-etik ifadələrdən istifadə etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Adı çəkilən oyunçu 3 oyunluq cəzalanıb. Rəqiblərə hörmətlə yanaşması barədə Məhərrəmova xəbərdarlıq edilir.
• "Lökbatan FK" - "Əmirli Tovuz" qarşılaşmasının 41-ci dəqiqəsində "Lökbatan FK"nın kapitanı Babaş Şərifli hakimə etirazını kobud şəkildə bildirdiyi üçün birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb. Oyunçu 2 oyunluq cəzalanıb.
• 1-ci turda "Çağırğan FK"nın "Füzuli FK"nı qəbul etdiyi oyunda ikincinin heyətində reqlamentə uyğun olmayan oyunçunun oynadılması ilə bağlı BFL-ə müraciət olunmuşdu. Məsələ araşdırılandan sonra "Füzuli FK"nın qapıçısı Əyyub Əliyevin cari mövsümdə futzal üzrə yüksək liqada çıxış etdiyi məlum olub. Reqlamentin 11.3-cü maddəsinə əsasən Əyyub Əliyev BFL-in cari mövsümündən xaric edilib və oyunçun "Çağırğan FK"ya qarşı oynadığı oyunda "Füzuli FK" komandasına texniki məğlubiyyət (0:3) verilib.




Geri