Premyer.Az > Futbol / Region liqası / Futbol / Manşet > EKSKLÜZİV! U-21 yığmasının şərəfini qorumuş futbolçu - "Şamaxı" FK-da (FOTOLAR)

EKSKLÜZİV! U-21 yığmasının şərəfini qorumuş futbolçu - "Şamaxı" FK-da (FOTOLAR)

EKSKLÜZİV! U-21 yığmasının şərəfini qorumuş futbolçu - "Şamaxı" FK-da (FOTOLAR)Region Liqasının yeni mövsümünə hazırlaşan "Şamaxı" futbol klubu növbəti transferini gerçəkləşdirib. Premyer.az eksklüziv olaraq xəbər verir ki, şamaxılılar U-21 yığmasının şərəfini qorumuş Elnur Mustafazadəni heyətinə qatıb.
 
24 yaşlı yarımmüdafiəçi futbolçu həyatına 2005-ci ildə Yevlaxın "Karvan" komandasının aşağı yaş qruplarında başlayıb. 2010-cu ildə, 15 yaşındaykən "Qəbələ" Futbol Akademiyasına keçən Elnur, U-16, əvəzedicilər və "Qəbələ"nin əsas heyətində də yer alıb.  
 
2015-ci ildə icarə əsasında "Neftçala"nın heyətinə keçən Elnur, bu klubla Birinci Divizionda çempionluq sevincini də yaşayıb.
 
2015-2018-ci illərdə "Ağsu"nun, 2018-ci ildən etibarən isə Region Liqasında "Ağdaş" komandasının şərəfini qoruyub. "Şamaxı" komandasına da Elnur məhz "Ağdaş" klubundan keçib.
 
Rauf İskəndərov / Premyer.az




Geri