Premyer.Az > Futbol / Futbol / Manşet > Anton Krivotsyuk: "Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb"

Anton Krivotsyuk: "Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb"

"Neftçi” PFK-nın müdafiəçisi Anton Krivotsyuk "Səbail”lə matçı dəyərləndirib. Oyunun asan keçmədiyini bildirən ikinci qolun müəllifi Azərbaycan dilini öyrənməsindən də danışıb:

"Biz tam olaraq oyuna köklənmişdik. Bununla belə, asan qələbə olmadı. Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb. Ümid edirəm ki, çempionatdakı fasilə oyunumuza mənfi təsir etməyəcək. Artıq il yarımdır Azərbaycan dilini öyrənirəm. Dərslərə kifayət qədər vaxt ayırmağa çalışıram. Ümid edirəm, bu yaxınlarda müsahibələrəmi Azərbaycan dilində verə biləcəm”.




Geri