Premyer.Az > Futbol / Futbol / Manşet > "Füzuli" FK BFL-in çempionatına inamlı qələbə ilə start verdi! FOTOLAR

"Füzuli" FK BFL-in çempionatına inamlı qələbə ilə start verdi! FOTOLAR

"Füzuli" FK BFL-in çempionatına inamlı qələbə ilə start verdi! FOTOLARBu gün BFL - Bakı Futbol Liqasının təşkil etdiyi çempionatın ilk turuna start verilib.
 
Premyer.az xəbər verir ki, I turun oyunları çərçivəsində, BFL-də debüt edən "Füzuli" komandasının ilk rəqibi - Sabirabadın "Çağırğan" komandası olub. Hər iki hissədə əzmkar oyun nümayiş etdirən Füzulililər, sonda 3:0 hesablı inamlı qələbə qazanıblar.
 
BFL-də komandanın ilk qoluna, birinci hissədə 19 nömrəli təcrübəli futbolçu Cavid Həziyev imza atıb. İkinci hissədə vurulan qolların müəllifləri isə - Təhmiraz Əmircanov və Pənah Ağayev olublar. 
 
Diqqət çəkən məqamlardan biri də Füzulilərin tamaşaçı dəstəyi idi. Meydanın kənarından oyun boyu sevimli komandalarını dəstəkləyən tərəfdarların qazanılan qələbədə payı danılmazdır.
 
Beləliklə də, ardıcıl iki il Region Liqasında uğurlu çıxış edən "Füzuli" komandası, BFL-də də iddialı olduğunu ilk turdan ortaya qoyub. 
 
BFL, I tur, 06.10.2019
"Füzuli" FK 3-0 "Çağırğan" (Sabirabad)
Qollar: Cavid Həziyev, Təhmiraz Əmircanov, Pənah Ağayev
Baş hakim: Fuad Abbasov
 
Rauf İskəndərov / Premyer.az 
Fotolar: Ramil Məmmədov / Rauf İskəndərov
"Füzuli" FK BFL-in çempionatına inamlı qələbə ilə start verdi! FOTOLAR




Geri