Premyer.Az > Futbol / Region liqası / Manşet > "Sumqayıt" Futbol Akademiyasının yetirməsi "Şıxlar"da! TRANSFER

"Sumqayıt" Futbol Akademiyasının yetirməsi "Şıxlar"da! TRANSFER

"Sumqayıt" Futbol Akademiyasının yetirməsi "Şıxlar"da! TRANSFERRegion Liqasına hazırlaşan komandalar, transfer çalışmalarına da ara vermir.
 
Premyer.az xəbər verir ki, belə klublardan biri də "Şıxlar" komandasıdır. Qobustanlılar heyətini yarımmüdafiəçi Kamal İsaxanov ilə gücləndirib.
 
22 yaşlı Kamal "Sumqayıt" Futbol Akademiyasının yetirməsidir. 2011-2013-cü illər arasında "kimyaçılar"ın aşağı yaş qruplarında çıxış edən futbolçu, karyerası ərzində Bakı və Kəndlər Birliyində mübarizə aparan "Hunters", daha sonra Qobustanın "Azəri" və Həvəskarlar Liqasında çıxış edən "Mübariz" komandasının şərəfini qoruyub. 
 
Kamal İsaxanov artıq "Şıxlar" komandasının heyətində yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb. 
 
Rauf İskəndərov / Premyer.az




Geri