Premyer.Az > Futbol / Manşet > EKSKLÜZİV! Əfqan Həmzəyev Rusiya çempionatının Hakimlər Komitəsinin sədri seçildi

EKSKLÜZİV! Əfqan Həmzəyev Rusiya çempionatının Hakimlər Komitəsinin sədri seçildi

EKSKLÜZİV! Əfqan Həmzəyev Rusiya çempionatının Hakimlər Komitəsinin sədri seçildiPremyer.az saytı Eksklüziv olaraq xəbər verir ki, azərbaycanlı FİFA referisi Əfqan Həmzəyev 20-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində keçiriləcək və "Füzuli" FK komandasının da iştirak edəcəyi Həvəskarlar Arasında (8x8 sitemi üzrə) III Rusiya Çempionatının Hakimlər Komitəsinin sədri seçilib.
 
Qeyd edək ki, 45 yaşlı referimiz - Dünya Minifutbol Federasiyasının Hakimlər Komitəsinin üzvü və Beynəlxalq Tələbə Futbolu Birliyinin (ISFU) baş katibidir. Həmzəyev Azərbaycan Premyer Liqasında, Türkiyə, Belarus, Rusiya və Gürcüstandakı turnirlərdə hakimlik etmiş, 2009-cu ildə  Dubaydakı dünya çempionatında idarəçiliyinə görə FIFA tərəfindən xüsusi medalla təltif olunmuşdur. Eyni ildən etibarən çimərlik futbolu üzrə FIFA refesidir. 



Geri