Premyer.Az > Futbol / Manşet > "Neftçi" IV turun hazırlığını davam etdirir

"Neftçi" IV turun hazırlığını davam etdirir

"Neftçi” Premyer Liqanın 4-cü turunda qarşılaşacağı "Qarabağ” ilə matçın hazırlığını davam etdirir.
 
Flaqman dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Sabah oyunöncəsi son məşq olacaq.

Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.




Geri