Premyer.Az > Futbol / Onları tanıyaq / Futbol / Manşet > EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLAR

EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLAR

EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLARDaha bir Azərbaycan futbolçusu karyerasını Tailand çempionatında davam etdirəcək.
 
Premyer.az ekslüziv olaraq xəbər verir ki, "Bakı", "İnter" (Bakı) və "Qarabağ" futbol klublarının aşağı yaş qruplarında, o cümlədən "Muğan", "Bakılı", "FC Baku", "Qaradağ Lökbatan" və "Xəzər" komandalarında çıxış etmiş, Ukraynanın "Metallist" Xarkov komandasının U-21 komandasının heyətində ilk dəfə legioner həyatı yaşamış Sergey Markelov, Tailandın 3-cü liqasında mübarizə aparan "Siam" FC komandası ilə müqavilə imzalayıb.
 
25 yaşlı hücümçü artıq dünən keçirilmiş "Siam" FC - "PTU Mathumthani" FC (0:2) oyununda debüt da edib. Həmyerlimiz oyunun son 20 dəqiqəsində meydanda top qovmaq şansı qazanıb. 
 
Futbolçumuz haqqında daha ətraflı məlumatı, Premyer.az saytının "Onları Tanlyaq" rubrikasında yayımlanmış məqalədən əldə edə bilərsiniz. 
 
[url=http://]http://premyer.az/xeberler/xfutbol/7884-onlari-taniyaq-rubrikasinda-sergey-markelov-xezer-fk-fotolar.html[/url]
 
Qeyd edək ki, Tailand çempionatında çıxış etməyə başlayan ilk Azərbaycan futbolçusu - "Singburi Bangrajun" FK komandasının şərəfini qoruyan Anar Babayevdir. 
 
Rauf İskəndərov / Premyer.az 
EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLAR
EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLAR
EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLAR
EKSKLÜZİV! Daha bir Azərbaycan futbolçusu Tailand çempionatında! FOTOLAR http://premyer.az/xeberler/xfutbol/7884-onlari-taniyaq-rubrikasinda-sergey-markelov-xezer-fk-fotolar.html



Geri