Premyer.Az > Futbol / Manşet > "Qəbələ"nin Bolu gündəliyi

"Qəbələ"nin Bolu gündəliyi

"Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlığını davam etdirir. "Qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının beşinci gününü arxada qoyub.
 
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib.
 
İyulun 7-də Ukraynanın "Mariupol” klubuna qarşı keçirilən yoxlama oyununa (2:1) start heyətində çıxan futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə meydançada toplu və topsuz çalışmaları yerinə yetiriblər. 
 
Bərpa prosesi davam edən Rasim Ramaldanov fərdi hazırlıq keçib.



Geri