Premyer.Az > Futbol / Manşet > "Neftçi" PFK "İnkişaf turniri”nin qalibi olub

"Neftçi" PFK "İnkişaf turniri”nin qalibi olub

"Neftçi" PFK "İnkişaf turniri”nin qalibi olub"Neftçi” PFK 2003-cü il təvəllüdlü futbolçular arasında təşkil olunan "İnkişaf turniri”nin qalibi olub. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri final matçında "Keşlə”ni məğlub edib – 3:2 (əsas vaxtda 2:2).

"Ağ-qaralar” hesabda iki dəfə geri düşsə də, əzmkarlıq göstərərək, bərabərlik qolunu vurmağı bacarıb. Əlavə olunmuş ilk hissədə penaltidən yararlanmayan U-16 komandamız sona az qalmış qələbə qolunu vurub. "Neftçi”nin heyətində Oruc Məmmədov dubla imza atıb. Bir dəfə isə Nihat Şirinov fərqlənib. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Komandamızın üzvlərinə kubok və qızıl medallar təqdim olunub.

Qeyd edək ki, qrup mərhələsində "Zirə” (1:1), "Sabah” (1:0) və "Qarabağ” (3:1) ilə qarşılaşmış "Neftçi” yarımfinalda "Sabah-2004”ü mübarizədən kənarlaşdırmışdı – 2:1 (əsas vaxtda 1:1).



Geri