Premyer.Az > Futbol > "Neftçi" "İnkişaf turniri”nə heç-heçə ilə başladı

"Neftçi" "İnkişaf turniri”nə heç-heçə ilə başladı

"Neftçi" "İnkişaf turniri”nə heç-heçə ilə başladı"Neftçi” PFK 2003-2004-cü il təvəllüdlü futbolçular arasında təşkil olunan "İnkişaf turniri”ndə ilk oyununu keçirib. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri "Zirə” ilə qarşılaşıb. Aviasiya Akademiyasının stadionunda baş tutan görüşdə heç-heçə qeydə alınıb – 1:1. "Ağ-qaralar”ın heyətində Nurlan Musayev fərqlənib.

Qeyd edək ki, "Neftçi” qrup mərhələsi çərçivəsində digər oyunlarını mayın 28-si saat 11:00-da "Sabah”, 31-i saat 18:00-da isə "Qarabağ”a qarşı keçirəcək. Yarımfinal görüşlərinin iyunun 2-də, 3-cü yer uğrunda və final matçlarının isə 5-də "AZAL Arena”da keçirilməsi nəzərdə tutulub.



Geri