Premyer.Az > Futbol / Klub axtaranlar / Futbol / Futbol / Manşet > EKSKLÜZİV! "Səbail"dən ayrılan gürcü legioner Premyer.az saytına danışdı - MÜSAHİBƏ, FOTOLAR

EKSKLÜZİV! "Səbail"dən ayrılan gürcü legioner Premyer.az saytına danışdı - MÜSAHİBƏ, FOTOLAR

EKSKLÜZİV! "Səbail"dən ayrılan gürcü legioner Premyer.az saytına danışdı - MÜSAHİBƏ, FOTOLARDaha öncə də Premyer.az saytının xəbər verdiyi kimi, "Səbail" PFK gürcü legioner Tamazi Tsetsxladze ilə bu gün yollarını ayırıb.
 
22 yaşlı legioner Premyer.az saytına ayrılmanın səbəbini və digər sualların cavabını açıqlayıb. Müsahibəni diqqətinizə çatdırırıq:
 
- Tamazi, nəyə görə klubla olan müqavilənə vaxtından əvvəl xitam verilib? Bu kimin təşəbbüsü olub?
- Klub rəhbərliyi ilə görüşüb, gələcəyim haqqında fikirlərini dinlədim. Onlar mənə bildirdilər ki, gələn mövsümdən etibarən artıq klubun üzvü olmayacam. Buna görə də mən, digər alternativləri dəyərləndirmək və düzgün qərar vermək üçün, müqavilə müddətim bitmədən, klubu tərk etmək haqqında qərar qəbul etdim.
 
EKSKLÜZİV! "Səbail"dən ayrılan gürcü legioner Premyer.az saytına danışdı - MÜSAHİBƏ, FOTOLAR- Klubdan ayrıldıqdan dərhal sonra vətəninə qayıtmısan. Güscüstan klublarından hər-hansı bir rəsmi təkliflər almısanmı?
- Bəli, Gürcüstana dərhal qayıtdım. Hələ ki, heç bir rəsmi təklif almamışam, çünki hal-hazırda Gürcüstan çempionatında ilk dövrə davam edir. Yalnız çempionatda fasilə yarandıqdan sonra, hər-hansı bir təkliflər gözləyə bilərəm. 
 
- Digər klublardan təklif alsan, karyeranı yenə də Azərbaycanda davam etdirmək istəyərdin mi? 
- Həlbətdə, Azərbaycandan təklif alsam, şad olaram, çünki Azərbaycan Premyer Liqasına artıq adaptasiya olmuşam.  Yalnız belə bil təklif alsam, ilk öncə müqavilə şərtlərini və klubun məqsədlərini dəyərləndirəcəm. 
 
Qeyd edək ki, 22 yaşlı futbolçu, karyerası ərzində Gürcüstanın U-21 yığması ilə yanaşı - "İberiya", "Vit Corciya II", "Suxumi", "Lokomotiv" (Tbilisi), "Merani" və "Qardabani" komandalarının şərəfini qoruyub. 
 
Müsahibəni aldı: Rauf İskəndərov / Premyer.az

EKSKLÜZİV! "Səbail"dən ayrılan gürcü legioner Premyer.az saytına danışdı - MÜSAHİBƏ, FOTOLAR
EKSKLÜZİV! "Səbail"dən ayrılan gürcü legioner Premyer.az saytına danışdı - MÜSAHİBƏ, FOTOLAR




Geri