Premyer.Az > Futbol / Region liqası / Manşet > REGİON LİQASI: Yarımfinal oyunlarının tarixi müəyyənləşdi

REGİON LİQASI: Yarımfinal oyunlarının tarixi müəyyənləşdi

REGİON LİQASI: Yarımfinal oyunlarının tarixi müəyyənləşdiRegion Liqasının yarımfinal qarşılaşmalarının tarixləri müəyyənləşib. Premyer.az saytının əldə etdiyi məlumata əsasən, "Şahdağ" (Qusar) - "FC Baku" və "Araz" (Naxçıvan) - "Uğur" (Sumqayıt) qarşılaşmaları aprel ayının 22-də keçiriləcək.
 
Qeyd edək ki, ilk qarşılaşmanın məkanı və başlama saatı bəlli olsa da, Naxçıvan və Sumqayıt təmsilçilərinin oyununun keçirilmə yeri hələ ki müəyyən edilməyib. Bu haqda AFFA-da önümüzdəki həftə qərar qəbul ediləcək. 
 
REGİON LİQASI
1/2 final 

"Şahdağ" (Qusar) - "FC Baku" 
Tarix: 22.04.2019
Yer: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Saat: 14:00
 
"Araz" (Naxçıvan) - "Uğur" (Sumqayıt) 
Tarix: 22.04.2019
Yer: ___________
Saat: __________
 
Rauf İskəndərov: Premyer.az




Geri