Premyer.Az > Futbol / Futbol / Futbol / Futbol / Manşet > EKSKLÜZİV! Xəqani Məmmədov: "Çempion olduğumuz üçün çox sevincliyəm!" MÜSAHİBƏ, FOTOLAR

EKSKLÜZİV! Xəqani Məmmədov: "Çempion olduğumuz üçün çox sevincliyəm!" MÜSAHİBƏ, FOTOLAR

EKSKLÜZİV! Xəqani Məmmədov: "Çempion olduğumuz üçün çox sevincliyəm!" MÜSAHİBƏ, FOTOLARU-16 Liqasının dünən keçirilmiş XXIII turunda "İsgəndər Cavadov” BFA komandasını 6:0 hesabı ilə məğlub edərək, çempionatın sonuna 3 tur qalmış çempionluğunu rəsmiləşdirən "Qəbələ” komandasının baş məşqçisi, Azərbaycanın tanınmış futbol siması, milli komandamızın sabiq üzvü – Xəqani Məmmədov, Premyer.az saytına müsahibə verib.

Müsahibəni diqqətinizə çatdırırıq:

-         U-16 Liqasının bitməsinə 3 tur qalmış, baş məşqçisi olduğunuz komanda Azərbaycan çempionu adını təmin etdi. Çempionluğun gözlənilən olduğunu deyə bilərsiz?
-          Əslində biz çempionatda çox pis start götürmüşdük. Oyunlarımız zəif alınırdı. Komanda yeni idi, mən özüm də komandayla yeni tanış olurdum. Komandanın oyunu xoşuma gəlmirdi. Hardasa 4-5 tur belə davam etdi. Təxminən 6-cı turdan sonra, tam da olmasa, komanda mən istədiyim oyunu oynamağa başladı.

Çalışırdım ki, komandanın çatışmayan cəhətlərini tapım, onların üzərində işləyim. Bunun üçün yoldaşlıq oyunlarını da, yaşca böyük komandalarla salırdım ki, bu oyunlarda çatışmazlıqlarımız görsənsin. Çempionat oyunlarında da bu çatışmazlıqları görürdüm və onlar üzərində işləyirdim.

Sevindirici hal oldu ki, çempionatın sonuna artıq üç tur qalmış çempionluğumuz rəsmiləşdi. Bu da, komandamızın oyununun, getdikcə düzəldiyinin sübutu idi. Komandamız son oyunlarda artıq istədiyim oyunu tam göstərirdi və bu da məni, təbii ki, sevindirməyə bilməzdi. Bu gün (Red: dünən) keçirdiyimiz son oyunda da komandam yaxşı oyun göstərdi və çempionluğumuz rəsmiləşdi. Buna görə çox sevincliyəm və bütün komanda heyətini və rəhbərliyi təbrik edirəm.
EKSKLÜZİV! Xəqani Məmmədov: "Çempion olduğumuz üçün çox sevincliyəm!" MÜSAHİBƏ, FOTOLAR 
-         Komandanızda xüsusi ilə qeyd etmək istədyiniz futbolçu və ya futbolçular var mı?
-          Deyərdim ki, komanda şəklində çox yaxşı oyun sərgilədik, çünki komandamız gözəl və istedadlı futbolçulardan təşkil olunub. Çətin oyunlarımız da oldu. Bu oyunlarda özlərini yaxşı tərəfdən göstərən futbolçularımız da oldu. Tək tək adlarını qeyd etmək istəməzdim. Komanda şəklində hamısını qeyd edirəm, çünki bütün futbolçularımız oyunlarda öz yaxşı cəhətlərini göstərdilər və bu da özü gətirib bizi çempionluğa çıxartdı.

-         Komandanızda hal-hazırda Qəbələ Futbol Akademiyasının neçə yetirməsi var?
-          Bir nəfərdən başqa, bütün uşaqlar Qəbələ Futbol Akademiyasının yetirməsidir. 7-8-9-10 yaşlarından "Qəbələ” komandasının Akademiyasında yetişən uşaqlardır. Yeganə olaraq Gülağa Əsədov ötən mövsüm "Zirə” komandasından bizə qoşulub, qalan 12-13 nəfər hamısı öz yetirməmizdir.

-         Sizcə gənc futbolçularla ünsiyyət qurmaq daha çətindir, yoxsa daha yaşlı futbolçularla?
-          Bilirsiz, yaşlı qruplarla da işləmişəm, gənc qruplarla da, uşaqlarla da.. Düşünürəm ki, öz məşqçilik dönəmimdə gənclərlə və uşaqlarla işləmək daha çətindir, çünki uşaqların psixologiyası, böyüklərlə müqayisədə çox seçilir. Onlarla gərək uşaq kimi rəftar edəsən, uşaq kimi davranasan və onların hər birinə individual şəkildə yanaşasan. Və mən düşünürəm ki, məşqçilər üçün uşaqlarla işləmək çox çətindir və məşqçilər də bunu təsdiq edər.
EKSKLÜZİV! Xəqani Məmmədov: "Çempion olduğumuz üçün çox sevincliyəm!" MÜSAHİBƏ, FOTOLAR
-         23 turdan sonra vurduğunuz qolların sayı 100-ü keçib və hücumçunuz Mehrac Baxışəliyev bombardirlik yarışında bu tura qədər şərikli lider idi..
-          Bəli, komandamız bütün turları çox məhsuldar oynayır, bu da bizim hücum xəttimizin sayəsindədir. Düşünürəm ki, Mehrac Baxışəliyevin də, digər uşaqların da – Ümid Həmzəyev, Gülağa Əsədov, Taleh Qarayev, Anar Tağıyev, Xəyal Səmədov və digərlərinin, həm istedadlı bir futbolçu kimi, həm də oyunların məhsuldar keçməsində çox böyük əməkləri olub.
Mehraç Baxışəliyevə gəlincə isə, o sırf hücumçu mövqeyində çıxış edir və əlinə düşən qol fürsətlərindən çox gözəl yararlanır və onları qola çevirir. Bu günkü oyunda 2 qol vurmaqla, artıq o şəriksiz liderə çevrilib! Məncə, Mehrac Baxışəliyev bu çempionatın tək bombardiri olacaq və ona bu yolda uğurlar arzulayıram.

-         Bir daha Sizi və komandanızı çempionluq münasibəti ilə təbrik edirəm və geniş müsahibə üçün təşəkkür edirəm.
 
Müsahibəni aldı – Rauf İskəndərov / Premyer.az






Geri