Premyer.Az > Futbol / Onları tanıyaq / Futbol / Region liqası / Futbol / Futbol / Manşet > "Neftçi" və "Qəbələ"nin əldən verdiyi fenomen futbolçu - Region Liqası klubunda! YAZI (FOTLAR, VİDEO)

"Neftçi" və "Qəbələ"nin əldən verdiyi fenomen futbolçu - Region Liqası klubunda! YAZI (FOTLAR, VİDEO)

"Neftçi" və "Qəbələ"nin əldən verdiyi fenomen futbolçu - Region Liqası klubunda! YAZI (FOTLAR, VİDEO)PROLOQ
Bəlkə də AFFA rəhbərliyi Region Liqası turnirini keçirməyə başlayanda, bu turnirin Azərbaycan regionları və yerli futbolçular üçün nə qədər önəm kəsb edəcəyini heç ağlına belə gətirmirdi. Danılmaz bir faktdır ki, artıq ikinci mövsümdən başlayaraq, Region Liqasında çıxış edən komandalara Azərbaycanın adlı-sanlı futbolçularının axını başladı. Bunun bir çox səbəbi var ki, hansılar haqqında hal-hazırda danışmaq istəməzdik... 
 
Hələ biz bölgələrdə futbola olan azarkeş marağı, Region Liqasında çıxış edən bəzi klubların, heç Premyer Liqa və Birinci Divizionda çıxış edən klublarda olmayan - azarkeş kütləsi, oyunlar zamanı stadionu dolduran yüzlərlə çılğın fanatlar və yeni yaranan fan-klublar və onların fədakar üzvləri haqqında da danışmırıq...
 
Danışmaq istədiyimiz mövzu isə aşağıdakıdır.

Region Liqası ölkəmizin gənc və istedadlı futbolçularının üzə çıxarılması və bu gənclərin futbol sahəsində özlərini sübut etməsi üçün, çox gözəl bir məkandır. Region Liqası ilə yaxından maraqlanan azarkeşlər, futbol mütəxəssisləri və ümumilikdə futbol adamları bilir ki, bu liqada hal-hazırda, Premyer Liqa klublarının sahib çıxa bilmədikləri onlarla gənc istedad var. 
 
Belə istedadlardan biri də 15 yaşlı Yusif Qarayevdir. 15 yaşına yenicə qədəm qoymasına baxmayaraq, 183 sm boya və 80 kg çəkiyə sahib olan bu gənc fenomen futbolçu, vaxtı ilə "Neftçi" və "Qəbələ" kimi, futbol akademiyaları mövcud olan klublarımızın U-13 və U-14 yaş qrupları üzrə komandalarında çıxış edib, flaqmanın U-14 komandasının kapitanı olub. Lakin adı çəkilən klublarımız bu gənc istedada sahib çıxa bilməyib....
 
Yusif Qarayev kimdir?
 
10 fevral 2004-cü ildə Mingəçevir şəhərində anadan olan Yusif Qarayev, futbolla 9 yaşında, doğma şəhərində fəaliyyət göstərən UGİM-də məşğul olmağa başlayıb. İlk məşqçisi Namiq Mustafayev olub. 12 yaşında Bakıya gələn Yusif, bir müddət "Vətən" klubunda futbolun sirrlərini öyrənib...
 
Avarçəkmə idman növündə uğurları
 
Hündür boya və yüksək fiziki göstəricilərə malik olan gənc, 12 yaşında, Mingəçevirdə SSRİ dönəmindən fəaliyyət göstərən və SSRİ yığmasının əsas təlim-məşq bazalarından biri olan, avarçəkmə məktəbinə dəvət alaraq, iki il bu idman növü ilə məşğul olub. Qısa müddət ərzində Yusif böyük uğurlar əldə edib. Belə ki, o beş qat Azərbaycan çempionu və avarçəkmə üzrə Gürcüstanın açıq çempionatının qızıl medalçısı da olub.
 
"Neftçi" və "Qəbələ"
 
Lakin futbola olan sevgi, Yusifi Bakıya qaytarıb. İlk öncə o "Neftçi"nin U-13 və U-14 komandalarında (Red: U-14-ün kapitanı olub), daha sonra isə 8 ay ərzində "Qəbələ"nin  U-14 komandasında çıxış edib... Aşağıda təqdim etdiyimiz video süjetdə, Azərbaycanın tanınmış futbolçularından olmuş Kamal Quliyev, ürək ağrısı ilə, "Neftçi" komandasının Yusif kimi fenomen futbolçunu necə əldən verdiyini və nələr itirdiyi haqqında bəhs edir. (Red: Videonu 20-ci dəqiqədən etibarən izləyin)
 
Region Liqası..
 
Beləliklə də, Yusif yenidən Mingəçevirə qayıdır və bu şəhəri Region Liqasında layiqincə təmsil edən "Energetik" komandasına keçir. Bunun səbəbkarı isə, klubun yeni prezidenti Ruslan Həmidovdur. Yeni vəzifəsində ilk transferini həyata keçirən Ruslan bəy, Premyer.az saytına müsahibəsində, bu transferin klubun ən uğurlu və perspektivli transferlərindən biri olacağını bildirib.
 
EPİLOQ 
Biz isə, öz növbəmizdə, klub rəhbərlərini, Yusif kimi gənc və istedadlı futbolçularımıza sahib çıxmağı və ilk öncə işin maddi tərəfini yox, Azərbaycan futbolunun gələcəyini düşünməyə çağırırıq...
 
Rauf İskəndərov / Premyer.az
 
Qeyd: Videonu 20-ci dəqiqədən etibarən izləyin.

Geri